Şimali Koreya lideri Pxenyandan qatarla Pekinə yola düşüb
Şimali Koreya lideri Kim Çen In xüsusi qatarla Pxenyandan Pekinə yola düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” mənbələrə istinadən məlumat yayıb.
“Kim bu gün günorta saatlarında Pxenyanı qatarla tərk edib və hazırda yoldadır”, - deyə qeyd olunub.
Kim Çen Inın qatarının gecə Şimali Koreya-Çin sərhədini keçərək ertəsi gün Pekinə çatacağı gözlənilir. Pxenyandan Pekinə qatarla səyahət adətən 20-24 saat çəkir.
Agentlik qeyd edib ki, Şimali Koreya lideri İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Çinə rəsmi səfər edir. Bu, onun xaricə on birinci səfəri olacaq.