Kəmaləddin Heydərov qəbul keçirəcək

Xəbərlər

09.10.2025 - 19:03

Nazir Salyan şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, nazir Kəmaləddin Heydərov tərəfindən 11 oktyabr tarixində Salyan şəhərində, Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 10:00-dan Salyan və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 10-da Nazirliyin Muğan Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş