Keller: “Ukraynadakı hərbi əməliyyatlara son qoyulması hələ görünmür"

Dünya

02.12.2025 - 12:39

"Çətinlik silah və vəsaitlərin davamlı axınını təmin etməkdir”

“Ukraynadakı hərbi əməliyyatlara son qoyulması hələ görünmür". AYNA.AZ xəbər verir ki, bu sözləri NATO-nun Ukrayna Dəstək və Təlim Qərargahının (NSATU) komandir müavini Mayk Keller “Welt”ə verdiyi müsahibədə bildirib.

O Qərbin Ukraynaya "daimi resurs axını" təmin etməyə davam etməli olduğu fikrini bildirib.

Kellerin sözlərinə görə, Kiyev ciddi silah çatışmazlığına baxmayaraq müqavimət göstərməyə davam edir.

"Çətinlik silah və vəsaitlərin davamlı axınını təmin etməkdir. Dəstək vaxtaşırı dəyişir, ona görə də vəziyyəti, xüsusən də vacib imkanlarla bağlı nəzarətdə saxlamalıyıq", - deyə hərbi komandir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş