Kəlbəcərin azad edilməsi münasibətilə Bakıda avtoyürüş keçirilib

Xəbərlər

25.11.2020 - 13:35

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər Şəhidlər Xiyabanına tərəf istiqamətlənib

 

Bu gün Kəlbəcər rayonunun 27 illik işğaldan azad edilməsi münasibəti ilə Bakıda avtoyürüş keçirilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, avtoyürüş Bakı sakinlərinin təşəbbüsü ilə baş tutub.

 

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər 20 nömrəli məktəb-liseyin önündən başlayaraq, Şəhidlər Xiyabanına tərəf istiqamətlənib, daha sonra şəhərin bir sıra mərkəzi küçə və prospektlərdən keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş