Daha 32 ailəyə mənzillərinin açarları təqdim edilib
Kəlbəcər şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu mərhələdə köçürülən 139 nəfərdən ibarət 32 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.