İspaniyanın Baş naziri Pedro Sançesin partiyası seçkilərdə qalib gəlib
Mayın 12-də Kataloniyada növbədənkənar parlament seçkiləri keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, səsvermə bülletenlərinin 99,5 faizi hesablanıb və nəticələrə əsasən, ölkənin Baş naziri Pedro Sançesi təmsil edən Kataloniya Sosialist Partiyası (PSC) (İspaniya Sosialist Partiyasının qolu, PSOE) qalib gəlib.
Sosialistlər Kataloniya parlamentində 42 yer, regionun keçmiş rəhbəri Karles Puçdemonun başçılıq etdiyi “Birlikdə Kataloniya uğrunda” (Junts per Catalunya) tərəfdarları isə cəmi 35 yer qazanıblar. Bölgənin müstəqilliyini dəstəkləyən Kataloniya Sol Partiyası (Esquerra Republicana de Catalunya, ERC) seçkilərin nəticələrinə görə yerli parlamentdə cəmi 20 mandat qazanaraq 13 mandat itirib.
Beləliklə, bölgənin separatçı qüvvələri parlamentə nəzarəti itiriblər və bununla Kataloniya müstəqillik hərəkatını təhlükə altına qoydu.