Karantin qaydalarını pozan doqquz nəfər cərimələnib

Xəbərlər

14.08.2020 - 22:24

cedabet dərman SEO Xidməti

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində reydlər keçiriblər

 

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, marketlərdə və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktik reydlər keçiriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən karantin rejiminə əməl olunması məqsədi ilə qapalı məkanlarda və iaşə obyektlərində həyata keçirilən reydlər nəticəsində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

 

Reydlər zamanı rayon ərazisində qaydaları pozan bir ticarət mərkəzinin və bir iaşə obyektinin sahibi olmaqla ümumilikdə doqquz nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş