Karantin qaydalarını pozan daha bir obyekt sahibi və müştərilər cərimələnib

Xəbərlər

03.07.2020 - 11:56

cedabet dərman SEO Xidməti

20-yə yaxın şəxs “PlayStation” zalında maskadan istifadə etmədən əyləşiblər

 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir. Bununla bağlı AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar ediblər.

 

İçərilərində azyaşlılar da olmaqla, 20-yə yaxın şəxsin “PlayStation” zalında tibbi maskadan istifadə etmədən, eləcə də, ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb. İcarədar və on beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş