Karantin qaydalarını pozan çayxana aşkarlanıb

Hadisə

28.08.2021 - 11:18

Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb

 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Nabatkənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb, çayxananın icarədarı V.Həsənov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Müəllif: Ayna.az