Ukraynaya hərbi yardımların göndərilməsi davam etdirilir
Kanada Ukraynaya daha dörd “Leopard 2” tankının təhvil verildiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə məlumat Kanadanın Baş naziri Castin Trüdonun bəyanatında öz əksini tapıb.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Kanadadan daha 4 “Leopard 2” tankı alacaq.
“Həmçinin Kanada Ukraynaya bir zirehli xilasetmə maşını və beş min sursat təhvil verəcək”, - məlumatda bildirilib.
Beləliklə, Ukrayna Kanadadan 8 ədəd “Leopard 2” tankı alacaq.