Kanada Ukrayanaya 35 dron verəcək

Dünya

23.09.2023 - 08:36

Ukraynaya hərbi yardımlar davam etdirilir

Kanada Ukraynaya yeni hərbi paket ayırıb. AYNA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo Ukrayna prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Yeni hərbi yardım paketinə 35 pilotsuz uçuş aparatı (PUA), döyüş sursatı, "Leopard 2" tankları daxildir.

Bundan əlavə, Kanada Kiyevə pilotların F-16 qırıcılarında təlim keçməsində və Leopard 2 tanklarının saxlanmasında köməklik göstərəcək.

Müəllif: Ayna.az