Baş nazir Mark Karni bəyanat verib
Kanada Fələstinin müstəqilliyini tanıyıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, ölkənin Baş naziri Mark Karni bu barədə bəyanat verib.
Bəyanatda bildirilir ki, Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin, həm də İsrail üçün dinc gələcəyin qurulmasında tərəfdaşlığını təklif edir. Vurğulanıb ki, Kanada bu addımı “iki dövlətli həll” imkanlarını qorumaq üçün əlaqələndirilmiş beynəlxalq səylərin tərkib hissəsi olaraq atıb.