Kamerunda separatçılar 25 nəfəri öldürüb

Dünya

08.11.2023 - 08:28

cedabet dərman SEO Xidməti

Ölənlər arasında azyaşlı uşaq da var

Separatçıların Kamerunun cənub-qərbindəki kəndə hücumu zamanı 25 nəfər öldürülüb.

AYNA xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Eqbekau kəndinə hücum nəticəsində 19 kişi, 5 qadın və 1 uşaq öldürülüb.

Kamerunun qərbində bir neçə ildir ki, ingilisdilli bölgələr əsasında öz dövlətini yaratmağa çalışan separatçı gizli qrup fəaliyyət göstərir.

Kamerunun 22 milyonluq əhalisinin böyük hissəsi fransızca danışır, beşdə biri isə müstəmləkə dövründə Britaniya İmperiyası tərəfindən idarə olunan qərb ərazilərində yaşadıqları üçün ingilis dilindən istifadə edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş