Kambocada daşqınlar zamanı 6 nəfər ölüb

Dünya

21.10.2023 - 11:22

cedabet dərman SEO Xidməti

Mekonq çayının daşması nəticəsində Kambocanın 20 şəhər və əyalətində azı 6 nəfər həlak olub.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə cümə günü Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Komitənin sözçüsü Sot Kim Kolmoni məlumat verib.

“Təbii fəlakət təxminən 29 min 489 ailəyə təsir edib, onlardan 2029-u təhlükəsiz ərazilərə təxliyə olunub. Azı 6 nəfər ölüb, daha 6 nəfər isə yaralanıb”, - Kolmoni bildirib.

Onun sözlərinə görə, daşqınlar 22 min 713 hektar çəltik və 3026 hektar digər əkin sahələrini su altında qoyub.

Qeyd edək ki, bu ilin ötən doqquz ayında Kambocada ildırım vurması nəticəsində 73, qasırğa nəticəsində isə 9 ölüm qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş