“Tayland və Kamboca bütün hərbi əməliyyatları dayandıracaq və mehriban qonşuluq münasibətləri quracaqlar”
ABŞ Prezidenti Donald Tramp Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Zirvə Toplantısı zamanı Kamboca və Tayland arasında sülh sazişinin imzalanma mərasimində iştirak edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, sənədi Kamboca Baş naziri Hun Manet və Tayland Baş naziri Anutin Çarnvirakul Tramp və Malayziyanın Baş naziri Ənvər İbrahimin iştirakı ilə imzalayıblar.
ABŞ Prezidentinin sözlərinə görə, “Tayland və Kamboca bütün hərbi əməliyyatları dayandıracaq və mehriban qonşuluq münasibətləri quracaqlar”.
Bundan əlavə, Tayland 18 Kamboca hərbi əsirini azad edəcək.
Tayland Baş naziri öz növbəsində bildirib ki, imzalanmadan sonra hər iki tərəf "sərhəd ərazilərindən ağır silahların təcili çıxarılması" da daxil olmaqla, razılaşdırılmış bütün müddəaları həyata keçirməyə başlayacaq.
Tramp həmçinin ABŞ-ın "Kamboca ilə böyük ticarət sazişi və Taylandla çox vacib mədən sazişi" bağladığını açıqlayıb.