Kamboca Taylandı atəşə tutub

Dünya

08.12.2025 - 13:52

Tayland ərazisi BM-21 çoxlu buraxılışlı raket sistemləri ilə atəşə tutulub

Kamboca Tayland ərazisini BM-21 çoxlu buraxılışlı raket sistemləri ilə atəşə tutub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tayland Ordusunun İkinci Hərbi Bölgəsi məlumat yayıb.

Məlumatda deyilir: "Kamboca qüvvələri Buriram əyalətindəki mülki əraziləri BM-21 raketləri ilə atəşə tutub. Hazırda itkilər barədə məlumat yoxdur. Tayland Ordusunun İkinci Hərbi Bölgəsi Tayland xalqını və milli suverenliyini müdafiə edəcək".

Tayland Kral Ordusu əvvəllər Tayland-Kamboca sərhədində baş verən toqquşmalarda bir Tayland əsgərinin öldüyünü və dörd əsgərin yaralandığını bildirmişdi. Məlumata görə, Kamboca qüvvələri yerli vaxtla səhər saat 5:00-dan etibarən Tayland mövqelərini atəşə tutub. 8 dekabrda Tayland Hərbi Hava Qüvvələri Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirib. Məlumata görə, zərbələr hərbi infrastrukturu, silah anbarlarını, komanda məntəqələrini və logistika yollarını hədəf alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş