Kallas: “Ukrayna ciddi ərazi güzəştlərinə gedə bilər”

Dünya

29.01.2026 - 13:02

"Ukraynalılar çox sərt güzəştlərə gedirlərsə, bunu Ukraynanın qalan hissəsi üçün sülh naminə edirlər"

Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukraynanın təhlükəsizlik zəmanətləri müqabilində əhəmiyyətli ərazi güzəştlərinə gedə bilər”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki,  Kallas "ukraynalılar çox sərt güzəştlərə gedirlərsə, bunu Ukraynanın qalan hissəsi üçün sülh naminə edirlər" deyib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, belə bir halda Ukrayna üçün davamlı sülh təmin edilməlidir. O əlavə edib ki, ABŞ bunu nəzərə almalıdır.

Yanvarın 23-də ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin razılığa gəlməyə sadiq olduqlarını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş