Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib
ABŞ-nin Kaliforniya ştatında 4,1 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbiət hadisəsinin episentri Aylton şəhərindən 4,5 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.