Kadırovun 15 yaşlı oğluna yüksək vəzifə verilib

Dünya

05.11.2023 - 16:33

cedabet dərman SEO Xidməti

Adam Kadırov Çeçenistanın Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub

Çeçenistan Səhiyyə Nazirliyinin rəhbəri Adam Alxanov Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adamı respublika başçısının Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. AYNA xəbər verir ki, nazir bu barədə "Telegram"da yazıb. 

“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm!” – deyə Alxanov deyib.

Onun sözlərinə görə, hələ gənc olmasına baxmayaraq, Adam artıq bu vəzifə üçün zəngin praktik təcrübəyə malikdir. 

Nazir həmçinin Adama daim möhtəşəm qələbələr və nailiyyətlər, mühüm sahələrdə uğurlar, sarsılmaz sağlamlıq və xoşbəxtlik arzulayıb.

Bundan əvvəl Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev respublika rəhbərinin oğlunu “vacib vəzifəyə” təyin olunması münasibətilə təbrik edib. Dudayev qeyd edib ki, Adam Kadırov cəsur insan və cəsur vətənpərvər olduğunu sübut edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş