Kadırov OMON döyüşçülərinin Zaporojyedə olduğunu açıqlayıb

Dünya

04.12.2022 - 23:06

Çeçenistan rəhbəri OMON döyüşçülərinin “təmizləmə” apardıqlarını bildirib

Ukraynanın Rusiya tərəfindən işğal edilmiş Zaporojye vilayətində çeçen OMON döyüşçüləri təmizlik işləri aparırlar. AYNA xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

Kadırov çeçen döyüşçülərinin Kamenka-Dneprovskaya kəndində “səmərəli” işlədiyini deyib.

“Uşaqlarımız çox diqqətli və tez hərəkət edirlər. Bu yanaşma mülki infrastruktura dəyən ziyanı minimuma endirməyə və şəxsi heyət arasında itkilərin qarşısını almağa imkan verir”, - Kadırov bildirib.

Müəllif: Ayna.az