Kabildə partlayış: 10 nəfər ölüb

Dünya

21.12.2020 - 14:41

52 nəfərin yaralandığı bildirilir

 

Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 52 nəfər yaralanıb. AYNA xarici mediaya istinadən bildirir ki, partlayış Kabil şəhərinin meydanlarından birində baş verib.

 

İlkin ehtimala görə, hücumun hədəfində Əfqanıstan Parlamentinin üzvlərindən birinin avtomobili olub. Onun yaralandığı bildirilir.

 

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Müəllif: Ayna.az