Kabil aeroportu iki sutkalıq bağlanır

Xəbərlər

22.08.2021 - 18:43

Aeroportun bağlanmasında məqsəd ərazinin boşaldılmasıdır

 

Kabil Beynəlxalq Hava Limanı 48 saat ərzində bağlı qalacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentindən qeyd edilib.

 

Aeroportun bağlanmasında məqsəd ərazinin boşaldılmasıdır.

 

Qeyd edək ki, artıq xeyli müddətdir Kabil hava limanına minlərlə insan toplaşıb. Onlar Əfqanıstanı tərk etmək ümidilə sutkalarla növbə gözləyir.

 

Müəllif: Ayna.az