Əraziyə nəzarət gücləndirilib
Bakıda “Jurnalistlər binası”nda koronavirusa yoluxma faktı qeydə alınıb. AYNA-nın “Demokrat.az”-a istinadən məlumatına görə, infeksiya binanın “A” blokunda yaşayan sakində aşkarlanıb. Səhər saatlarında həmin şəxsin virusa yoluxduğu məlum olub və əraziyə nəzarət gücləndirilib.
Binada məskunlaşanlar bildiriblər ki, koronavirusa yoluxan şəxs “Azərtac”ın jurnalistinə məxsus mənzildə yaşayır. Məlumata görə, agentliyin əməkdaşı ona məxsus olan mənzili kirayə verib.