Jurnalistə cinayət işi açılıb

Xəbərlər

14.05.2020 - 12:39

Əfqan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

 

“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

 

AYNA-nın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Ə.Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama verib.

 

E.Sultanov qeyd edib ki, iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Ə.Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məsələnin təfərrüatları barədə ictimaiyyətə tərəfimizdən əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş