İtaliyada son sutkada koronavirusa yoluxanların sayı məlum olub

Dünya

11.12.2020 - 05:44

Ölkədə hazırda 696 527 aktiv koronavirus xəstəsi var

 

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 16 999 nəfər artıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 887 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 62 626 nəfərə çatıb. Ölkədə hazırda 696 527 aktiv koronavirus xəstəsi var, onlardan 3291-i ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 1 787 147 nəfərdən 1 027 994 nəfər sağalıb.

Müəllif: Ayna.az