İtaliyada keçiriləcək G7 sammitinin vaxtı və yeri açıqlanıb

Dünya

11.11.2023 - 09:49

cedabet dərman SEO Xidməti

Baş nazir: “G7 sammiti 2024-cü il iyunun 13-15-də Puqlia bölgəsində keçiriləcək”

İtaliyanın sədrliyi ilə keçiriləcək 2024-cü il G7 (Böyük yeddilik) liderlərinin görüşü 13-15 iyunda ölkənin cənubundakı Puqlia bölgəsində keçiriləcək.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni deyib.

“Afrika və miqrasiya məsələləri sammitin əsas müzakirə mövzuları olacaq. Gündəm müxtəlif nazirliklərin təşəbbüsləri ilə il boyu inkişaf etdiriləcək”, - deyə Baş nazir vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş