Kiyevə daha 314 milyon dollarlıq hərbi ayrılacaq
İsveç Ukraynaya daha 3,4 milyard kron (314 milyon dollar) hərbi yardım ayıracaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin müdafiə naziri Pol Consson bildirib.
Bu yardımla Ukrayna ordusu CV 90, Strv 122 tankları və “Archer” artilleriya qurğuları üçün ehtiyat hissələri alacaq.
Ümumilikdə, fevral ayından bəri Ukrayna İsveçdən 22 milyard kron (2,16 milyard dollar) yardım alıb ki, bunun da 17 milyardı (1,67 milyard dollar) hərbi təchizata aiddir.