İsveçdə Quranın yandırılmasından sonra iğtişaşlar başlayıb

Dünya

04.09.2023 - 18:14

cedabet dərman SEO Xidməti

Etirazçılar bir neçə avtomobili yandırıb, həmçinin polis məntəqələrinə daş atıblar

İsveçin Malmö şəhərində müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yandırılması aksiyasından sonra şəhərdə iğtişaşlar baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkə polisindən bildirilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşçılar bir neçə avtomobili yandırıb, həmçinin polis məntəqələrinə daş atıblar.

Bildirilir ki, etirazlara Malmödə Quran yandıran iraqlı miqrant Salvan Momikinin hərəkəti səbəb olub.

Momika dəfələrlə oxşar hərəkətlər edib. O, ilk dəfə analoji hərəkəti iyunun 28-də Stokholmun mərkəzində müsəlmanların müqəddəs kitabının bir neçə səhifəsini qoparıb yandıraraq həyata keçirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş