İsveçdə panika: Rusiya ilə müharibə bəyanatları əhalini qorxuya salıb

Dünya

24.01.2024 - 17:06

cedabet dərman SEO Xidməti

“Bu gün Ukraynada baş verənlər sabah burada baş verərsə, biz buna hazırıqmı?”

İsveç siyasətçiləri və hərbçiləri ölkə vətəndaşlarını Rusiya ilə müharibə ehtimalı barədə bəyanatlarla şoka salıb və onlara belə bir ssenariyə hazır olmağı tövsiyə ediblər. AYNA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” məlumat yayıb.

Nəşr yazıb ki, İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin "İsveçdə müharibə ola bilər” deyərək əhalisi arasında narahatlıq yaradıb.

Daha sonra oxşar bəyanatla İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Büden çıxış edib. Komandan ölkənin hərbi əməliyyatlara hazır olmamasından narahat olduğunu bildirib: “Bu gün Ukraynada baş verənlər sabah burada baş verərsə, biz buna hazırıqmı?”.

İsveç mətbuatında müharibə zamanı evdə nələrin lazım olmasına dair yazılar dərc olunmağa başlayıb.

Nəşr yazır ki, müxalifət hazırkı hakimiyyətin hərəkətlərini kəskin tənqid edir və hakimiyyəti insanları qorxutmaqda ittiham edir.

Qeyd edək ki, İsveç Parlamenti Rusiya ilə müharibəni istisna etmir. Krallıq həmçinin potensial təhlükədən qorunmaq üçün sualtı qayıqlar inşa etməyə başladığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş