İsveçdə meymunçiçəyinin yeni variantına ilk yoluxma qeydə alınıb

Dünya

16.08.2024 - 08:50

Həkimlər Klinikalar SEO Xidməti

Viqzell: "Bu, Afrika qitəsi xaricində diaqnoz qoyulan ilk hadisədir"

Bir neçə Afrika ölkəsində yayılan mpox (meymunçiçəyi) virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə İsveç İctimai Səhiyyə Agentliyinin baş direktorunun səlahiyyətlərini icra edən Oliviya Viqzell mətbuat konfransında bildirib.

“Bu, Afrika qitəsi xaricində diaqnoz qoyulan ilk hadisədir. Hadisəyə səbəb xəstəliyə yoluxan şəxsin bu yaxınlarda epidemiya yayılan Afrika bölgəsində olması olub. Zərərçəkmiş Stokholm bölgəsində kömək üçün müraciət edib. Həkimlər xəstənin mpox virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər”, - Viqzell vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş