Xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib, girov götürülmüş əməkdaşlar heç bir xəsarət almadan sərbəst buraxılıblar
Rostov vilayətindəki İstintaq Təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib. AYNA xəbər verir ki, bu barədə Federal Cəzaların İcrası Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Məlumata görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib, girov götürülmüş əməkdaşlar heç bir xəsarət almadan sərbəst buraxılıblar.
Qeyd edək ki, bu gün Rostovdakı istintaq təcridxanasında altı müttəhim kamerada pəncərə barmaqlıqlarını qıraraq iki nəfəri girov götürüb, növbətçi otağa daxil olublar. AYNA xəbər verir ki, hadisənin təfərrüatlarını “Baza” “Telegram” kanalı yayıb.
Nəşrin məlumatına görə, cinayətkarlar arasında artıq “terrorçuluq” ittihamı ilə məhkum olunmuş bir neçə nəfər də var.
Məlumata görə, əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Aleksandr B. və 1 saylı istintaq təcridxanasının növbətçi xidmətinin kiçik inspektoru girovluqdadır.
Rusiya Federasiyasının Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri Dmitri Bezrukix, həmçinin qarşılıqlı fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri hadisə yerinə gəliblər.