Vali: "Hazırda hadisə yerində araşdırmalar aparılır"
İstanbulda baş verən partlayışda ilkin məlumatlara əsasən 4 nəfər ölüb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya deyib.
Vali qeyd edib ki, İstiklal küçəsində baş verən partlayışda ilkin olaraq 4 nəfər ölüb, 38 nəfər xəsarət alıb: "Hazırda hadisə yerində araşdırmalar aparılır".
"Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Hadisələr ictimaiyyətlə paylaşılacaq", - deyə yerlikaya vurğulayıb.
Qeyd edək ki, bu gün İstanbulun məşhur İstiqlal küçəsində partlayış baş verib. Hadisədən sonra əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.
Partlayışın səbəbi hələlik məlum deyil.