İstanbuldakı terrorda əli olan PKK-çı Suriyada məhv edilib

Dünya

24.02.2023 - 14:29

cedabet dərman SEO Xidməti

Xəlil Menci Əl-Qamışlı şəhəri ərazisində zərərsizləşdirilib

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyada 2022-ci ilin noyabrında İstanbulda terror aktının təşkilində əli olan şəxsi məhv edib. AYNA xəbər verir ki, bu barədə “Habertürk” telekanalı MİT-in Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Kəşfiyyat orqanlarının məlumatına görə, söhbət 6 nəfərin ölümünə səbəb olan partlayışın hazırlanmasında əsas rol oynayan Xəlil Mencidən gedir. Həmin şəxs terror təşkilatı olan PKK-nın himayəsində olub.

Əməliyyat Suriya ilə sərhəddə yerləşən Əl-Qamışlı şəhəri ərazisində həyata keçirilib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, terror aktı 2022-ci il noyabrın 13-də İstanbulun Bəyoğlu səmtinin İstiqlaliyyət küçəsində baş verib. Terror aktı nəticəsində altı nəfər ölüb, 81 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş