Dağıntılar altında qalanlar var: axtarış-xilasetmə işləri davam edir
Türkiyənin İstanbul şəhərində iki bina çöküb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, dağıntılar altında qalanlar var.
Şəhərin Fatih rayonunda baş verən hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Binalarda qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir. Binaların çökmə səbəbi hələ ki məlum deyil.