İstanbulda uçan binaların altından 9 nəfər xilas edilib

Dünya

22.03.2026 - 19:57

Dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal olunur

Türkiyənin İstanbul şəhərində qaz sızmasına görə baş verən partlayış nəticəsində çökən 2 binanın dağıntıları altından 9 nəfər yaralı vəziyyətdə xilas edilib.

AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, dağıntılar altında daha iki nəfərin qaldığı ehtimal edilir. Onların axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 12:00 radələrində İstanbulun Fatih rayonunda yerləşən – biri ikimərtəbəli, digəri birmərtəbəli iki evdə çökmə meydana gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş