Hadisə nəticəsində ölən və yaralanan olmayıb
Ötən gecə naməlum şəxslər İstanbulun qərbində yerləşən Küçükçekmece rayonunda hotelə avtomat silahdan atəş açıblar. AYNA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Atəş açan şəxslər qaça biliblər.
Otelin atəşə tutulması nəticəsində yaxınlıqdan keçən metrobusa da mərmilər dəyib. Metrobusun şüşələri sınıb. Metrobusda olan sərnişinlərdən də ölən və xəsarət alan olmayıb.
Hadisə yerinə gələn polis hotelin divarlarında və sınmış pəncərələrdə çoxlu sayda güllə izi qeydə alıb.
Hücum edənlərin axtarışı davam etdirilir və onların hərəkətlərinin motivləri müəyyənləşdirilir.