8 əsgər həlak olub, 7 əsgər yaralanıb
İsrail Müdafiə Qüvvələrinin (IDF) Dəraa hərbi əyalətlərinə endirdiyi aviazərbələr nəticəsində səkkiz suriyalı hərbçi həlak olub. AYNA xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyindən bildirilib.
“Bu gün gecə saatlarında İsrail Qolan təpələrindən hava hücumu həyata keçirərək Dera əyalətində bir sıra hərbi mövqelərə zərbələr endirib”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, 8 əsgər həlak olub, 7 əsgər yaralanıb.