İsrailin Nyu Yorkdakı baş konsulundan Netanyahunun qərarına etiraz: Zamir istefa verdi

Dünya

27.03.2023 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Diplomat İsraildə siyasi vəziyyətin kritik həddə çatdığını bəyan edib

İsrailin Nyu Yorkdakı baş konsulu Asaf Zamir Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına etiraz olaraq istefa verdiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə baş konsul öz tviter hesabında yazıb.

Zamir qeyd edib ki, o, artıq indiki hakimiyyəti təmsil edə bilməz.

Onun sözlərinə görə, İsraildə siyasi vəziyyət kritik həddə çatıb: “Mənim İsrailin dünyada demokratiya və azadlıq çırağı olaraq qalmasını təmin etmək üçün onun gələcəyi uğrunda mübarizəyə qoşulmağımın vaxtı çatıb”.

Qeyd edək ki, Qalant martın 26-da vəzifəsindən azad edilib. Bildirilir ki, müdafiə naziri məhkəmə islahatlarını tənqid etdikdən sonra işdən çıxarılıb.

Müəllif: Ayna.az