İsrailin müdafiə naziri təsdiqlədi: Laricani öldürülüb

Dünya

17.03.2026 - 14:08

“O, hadisə yerində oğlu ilə birlikdə olub və bu vaxt hücuma məruz qalıb”

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail hücumundan sağ çıxmayıb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrailin “12-ci Kanal”ı mənbələrə istinadən məlumat yayıb.

Adı çəkilməyən İsrail rəsmisi bildirib ki, "dünən günortadan sonra Laricaninin axşam gizləndiyi yerlərdən birinə gəlməsi barədə məlumat aldıq. Bu, onun evi deyil, istifadə etdiyi mənzillərdən biri idi. O hadisə yerində oğlu ilə birlikdə olub və bu vaxt hücuma məruz qalıb. Onun hücumdan sağ çıxa bilməsi mümkün deyil".

Məqalə müəllifləri qeyd ediblər ki, Laricani İslam Respublikasının ən güclü siyasi fiquru hesab olunur.

İsrailin müdafiə naziri İsrael Katz da “12-ci Kanal”a məlumatı təsdiqləyib.

“The Jerusalem Post” qəzeti yazıb ki, bu, 28 fevraldan bəri İran liderlərinə qarşı ən böyük hədəfli sui-qəsddir.

Daha əvvəl İsrailin İranda "boz kardinal" hesab edilən Laricaniyə hücum etdiyi məlum olmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş