İsrailə hücum əmrini Xamneyinin özü verib

Dünya

15.04.2024 - 09:17

“İran strateji səbirdən İsraili daha aktiv şəkildə mühasirəyə almaq siyasətinə keçib”

İranın ali dini lideri Ayətullah Əli Xameneyi İran ordusuna İsraili vurmağı əmr edib. AYNA xəbər verir ki, bu barədə “The New York Times” 4 İran rəsmisinə istinadən məlumat yayıb.

“Xameneyi İrandan İsrailə zərbələr endirmək əmrini verib ki. İran strateji səbirdən İsraili daha aktiv şəkildə mühasirəyə almaq siyasətinə keçib”, - deyə mənbə qeyd edib.

Müəllif: Ayna.az