İsraildə etirazçılar hərbi bazalara basqın ediblər

Dünya

30.07.2024 - 12:47

Həkimlər Klinikalar SEO Xidməti

Sağçı etirazçılar doqquz əsgərin həbsinə görə İsrail hərbi bazalarına hücum ediblər

İsraildə sağçı etirazçılar fələstinli məhbusu təhqir etməkdə şübhəli bilinən 9 İsrail ordusu (İDF) əsgərinin həbsindən sonra hərbi bazalara basqın ediblər. AYNA xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, minə yaxın sağçı fəal həbs olunan əsgərlərin xidmət etdiyi Sde Teyman bazasına hücum edib. Saatlar sonra etirazçı kütləsi 9 əsgərin dindirilmək üçün aparıldığı Beyt Lid bazasına hücum edib. İsrail polisinin məlumatına görə, bazaya daxil olan etirazçılar bir neçə dəqiqə ərzində dağıdılıb.

Nəşrin məlumatına görə, iğtişaşları İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və ölkə Prezidenti İsaq Hersoq pisləyib. Eyni zamanda, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir etirazçıları dəstəkləyib, onları “ən yaxşı qəhrəmanlar” adlandırıb və onların saxlanmasının “utancdan başqa bir şey olmadığını” deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş