İsraildə “Əl-Cəzirə”nin ofisləri bağlanıb

Dünya

06.05.2024 - 07:32

Telekanalın yerli redaksiyasında axtarış aparılıb

Qətərə məxsus olan “Əl-Cəzirə” telekanalının İsraildə ofisləri bağlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu elan edib.

Telekanalın redaksiyasında axtarış aparılıb.

İsrail Parlamenti şirkətin ölkədə fəaliyyətinin dayandırılmasına səs verib.

Netanyahu “Twitter” hesabında yazıb: “Mən rəhbərlik etdiyim hökumət yekdilliklə İsraildə təxribat xarakterli “Əl-Cəzirə” kanalının bağlanmasına qərar verib”.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İsraili mediada “fikir plüralizmini” qorumaq üçün “Əl-Cəzirə”yə mane olmamağa çağırıb.

“Əl-Cəzirə” Netanyahunu "təhrik etməkdə" günahlandırıb və onu "təxribat və yalan, utancverici ittihamdan sonra bütün dünyada işçilərinin və şəbəkə binalarının təhlükəsizliyinə görə məsuliyyət daşıdığını" bəyan edib.

Qeyd edək ki, aprelin 1-də İsrail ölkədə “düşmən mediasının” bağlanmasına icazə verən qanun qəbul edib. Kanalı bağlamaq üçün yaradıldığı üçün buna "Əl-Cəzirə qanunu" deyirdilər.

Müəllif: Ayna.az