Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır
Qüdsün qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 33 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, avtobusda olan bütün sərnişinlərə – səkkiz yaşdan 12 yaşa qədər uşaqlara – tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır.
“Kan” radiosu daha əvvəl qəzada 12 nəfərin yaralandığını bildirmişdi. Avtobus Beyt-Şemeş şəhəri yaxınlığında aşıb.