Hadisəni törədən şəxs zərərsizləşdirilib
İsraildə terror aktı törədilib. AYNA xarici mediaya istinadən bildirir ki, Elad şəhərində 40 yaşlı kişi bıçaqla insanlara hücum edib.
Hücum nəticəsində 3 nəfərin öldüyü, daha bir neçə nəfərin yaralandığı bildirilir.
Qeyd olunur ki, hücum edən şəxs zərərsizləşdirilib.
İsrail mediası hücumu terror aktı kimi qiymətləndirib.