İsrail Qəzzaya hücum edib: ölənlərin sayı 65-ə çatıb

Dünya

29.10.2025 - 16:11

İsrail Müdafiə Qüvvələrinin hücumlarında onlarla insanın yaralandığı qeyd edilib

İsrailin Qəzzaya hava hücumları nəticəsində ölənlərin sayı 65-ə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Al-Arabia” məlumat yayıb.

Xəbərdə deyilir: "Qəzza səhiyyə orqanları İsrailin hava hücumlarının Qəzzanın mərkəzindəki Bureyc qaçqın düşərgəsində, Qəzza şəhərinin Səbra məhəlləsində və cənubdakı Xan Yunisdə 65-dən çox insanın ölümünə səbəb olduğunu açıqlayıb".

Həmin günün əvvəlində Mülki Müdafiə sözçüsü Mahmud Basal İsrailin Qəzza zolağına hava hücumları nəticəsində ən azı 30 nəfərin öldüyünü bildirib. O, həmçinin İsrail Müdafiə Qüvvələrinin hücumlarında onlarla insanın yaralandığını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş