İsrail Qəzzadan fələstinliləri qəbul etmək üçün beş ölkə ilə danışıqlar aparır

Dünya

15.08.2025 - 17:05

2 milyondan çox insanın yerləşdirilməsi müqabilində ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər

İsrail Qəzza zolağından fələstinliləri qəbul etmək üçün beş ölkə ilə danışıqlar aparır. AYNA.AZ xəbər verir ki, bu barədə CNN yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.

Kanalın mənbələrinə görə, sözügedən ölkələr Cənubi Sudan, Somaliland, Efiopiya, Liviya və İndoneziyadır.

CNN İsrailin Baş naziri Benyamin Netanyahudan sitat gətirib: “Biz bir neçə ölkə ilə danışıqlar aparırıq”.

2 milyondan çox insanın yerləşdirilməsi müqabilində ölkələr əhəmiyyətli maliyyə və beynəlxalq təzminat alacaqlarını gözləyirlər. Lakin bu danışıqların hansı mərhələdə olduğu və istənilən nəticəyə gətirib çıxaracağı hələlik məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş