Bunun üçün ABŞ-ın Prezidenti Donald Trampın razılığı tələb olunacaq
İsrail mart ayında Qəzza şəhərində yeni hərbi əməliyyat keçirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Bildirilib ki, lakin bunun üçün ABŞ-ın Prezidenti Donald Trampın razılığı tələb olunacaq.
Bu plan çərçivəsində Qəzza şəhərinə yönələn hücumun məqsədi atəşkəsin “Sarı Xətt” adlanan demarkasiya xəttini anklavın sahilinə doğru qərbə çəkmək və bununla da İsrailin ərazi üzərində nəzarətini daha da genişləndirməkdir.
Qeyd olunub ki, bu əməliyyat ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilməz.
ABŞ isə hazırda oktyabr ayında əldə olunmuş kövrək atəşkəsi HAMAS-ın tərksilah edilməsini də əhatə edən ikinci mərhələyə keçirmək üçün səylər göstərir.