İsrail Qəzzada sabitləşdirmədə Türkiyənin hərbi iştirakına qarşıdır

Dünya

10.11.2025 - 14:02

"Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrində indi, keçmişdə və ya gələcəkdə Türkiyə qoşunları olmayacaq"

İsrail Qəzza zolağında yaradılan beynəlxalq sabitləşdirmə qüvvələrində Türkiyə hərbi qüvvələrinin iştirakına qarşıdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrail hökumətinin sözçüsü Şoş Bedrosyanbrifinqdə deyib.

O bildirib ki, "Fələstin anklavında beynəlxalq sabitləşdirmə qüvvələrində indi, keçmişdə və ya gələcəkdə Türkiyə qoşunları olmayacaq".

Qeyd edək ki, 29 sentyabrda Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli üçün "hərtərəfli planını" açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və digər məsələlərlə yanaşı, anklavda müvəqqəti xarici idarəetmənin tətbiqi və orada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur. 9 oktyabrda münaqişə tərəfləri Amerika liderinin sülh planının birinci mərhələsinin həyata keçirilməsi üçün razılaşma imzalayıblar. 10 oktyabrda Qəzzada atəşkəs müqaviləsi qüvvəyə minib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş