İsrail Qəzza zolağı ilə sərhədi ələ keçirib

Dünya

10.10.2023 - 11:16

cedabet dərman SEO Xidməti

İsrail qüvvələri hasarın dağıdıldığı ərazilərə minalar qoyur

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə cənub sərhədinə nəzarətin ələ keçirildiyini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, İsrail Qəzzada Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları tərəfindən yarılmış sərhəd hasarına nəzarəti bərpa edib.

Həmçinin qeyd edilib ki, İsrail qüvvələri hasarın dağıdıldığı ərazilərə minalar qoyur.

Kontr-admiral Daniel Haqari deyib ki, bazar ertəsindən bəri Qəzza zolağından yeni sızma baş verməyib. Həmçinin əlavə edib ki, hərbçilərin transsərhəd tunellərdən yaraqlılar tərəfindən istifadəsi ilə bağlı heç bir məlumatı yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş