İsrail Müdafiə Qüvvələrinin komandanlığı təhlükəsizlik vəziyyətini qiymətləndirib
İsrail Müdafiə Qüvvələrinin (IDF) komandanlığı təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra hava hücumundan müdafiə bölmələri üçün ehtiyatda olan hərbçilərin orduya cəlb edilməsini artırmaq qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə IDF-nin Mətbuat Xidmətindən bildirilib.
“Vəziyyəti qiymətləndirdikdən sonra IDF şəxsi heyəti artırmaq və hava hücumundan müdafiə sisteminə qoşulmaq üçün ehtiyat əsgərləri çağırmaq qərarına gəlib”, - deyə qeyd olunub.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden administrasiyası 18 milyard dollar dəyərində Amerika F-15 təyyarələrinin İsrailə satışı və tədarükünü təsdiqləmək üçün Konqresə təzyiq etmək istəyir.